13 C
Bakı
24 Mart 2026 17:22
Dünya

Ukraynada Trampa məxsus platforma bloklandı

ABŞ Prezident Donald Trampa məxsus olan “Truth Social” platforması Ukraynada bloklanıb.

 

Tacxeber.com bu barədə tsargrad.tv-yə istinadla xəbər yayıb.

 

Bildirilir ki, bu gündən etibarən Ukraynada sözügedən platformaya qoşulmaq qeyri-mümkün olub.

 

Qeyd edilib ki, bu, Trampın, həm də onun administrasiyasının bir çox yüksəkvəzifəli üzvlərinin – Marko Rubio, İlon Mask və başqalarının Volodimir Zelenskiyə qarşı tənqid atəşinə reaksiyadır.

 

Xatırladaq ki, jurnalist Taker Karlson və DOGE rəhbəri İlon Mask Ukraynada söz azadlığının olmaması, faktiki olaraq bütün televiziya kanallarının bağlanması və istənilən müxalifət mətbuatının məhv edilməsinə görə Zelenskini açıq şəkildə tənqid ediblər.(Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenksi: Məni əvəzləmək alınmayacaq

redaktor

Lukaşenko qayınanasının köməyini etiraf etdi – VİDEO

redaktor

Tramp Corciya Meloniyə Mar-a-Laqo ziyarətində təriflər yağdırdı: “Fantastik qadın”

redaktor