11 C
Bakı
30 Mart 2026 03:26
Dünya

Zelenksi: Məni əvəzləmək alınmayacaq

“Əgər kimsə məni indi əvəz etmək istəyirsə, bu alınmayacaq”.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukrayna vətəndaşları arasında güvən reytinqinin 4% olması ilə bağlı açıqlamasına cavab verib.

 

Zelenski əlavə edib ki, 4% etibar haqqında məlumat Rusiyadan gəlir və bu, ABŞ və Rusiya nümayəndələri arasında müzakirə olunub.

 

“Biz bunu başa düşürük və bu rəqəmlərin Amerika ilə Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, xalqın lideri kimi böyük hörmət bəslədiyimiz, çox hörmət etdiyimiz prezident Tramp dezinformasiya məkanında yaşayır”, – Zelenski vurğulayıb.

 

Bununla belə, Zelenski son reytinq sorğularında ukraynalıların 57%-nin ona etibar etdiyini qeyd edib.

 

Dövlət başçısı vurğulayıb ki, indi bir nömrəli məsələ etimad reytinqi deyil, Ukraynanın özünü Rusiya atəşindən necə qoruya bilməsi və hərbi əsirlərin qaytarılmasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Bəşər Əsədi Suriyaya verəcəkmi?

admin

Bu ölkədə havanın temperaturu 50 dərəcəni keçib

redaktor

Ətraf mühiti ən çox çirkləndirənlər ulduzlar imiş – ŞOK ARAŞDIRMA

redaktor