Dünya

Zelenski Trampı qeyri-ciddi söhbət aparmaqda ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Vaşinqtonun 500 milyard dolları faydalı qazıntılar şəklində qaytarılması tələbi “qeyri-ciddi söhbətdir”.

O bunu “CNN Türk”ə müsahibəsində deyib.

 

Ukrayna lideri qeyd edib ki, ABŞ Kiyevə 67 milyard dollarlıq silah tədarük edib, amerikalılar tərəfindən büdcə dəstəyi isə 31.5 milyard dollar təşkil edib.

 

“Müharibə Ukraynaya 320 milyard dollara başa gəlib, bunun 120 milyard dollarını ukraynalılar, daha 200 milyard dollarını isə ABŞ və Avropa ödəyib”, – deyə Zelenski vurğulayıb.

 

O, nadir metallar və faydalı qazıntılar qarşılığında Vaşinqtondan təhlükəsizlik zəmanətləri istədiyini bildirib. Ukrayna prezidentinin sözlərinə görə, ABŞ-nin daha əvvəl təklif etdiyi sənəddə zəmanətlər haqqında bir kəlmə də olmayıb.

 

Xatırladaq ki, D.Tramp fevralın 15-də rəsmi Kiyevə ABŞ-yə Ukraynanın nadir torpaq ehtiyatlarının 50 faizinə çıxış imkanı verəcək razılaşma təklif edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Çin Rusiyaya qorxunc miqyasda yardım göstərir, ABŞ həyəcan təbili çalır” – “Financial Times”

admin

Heç vaxt adı ilə çağrılmayan dahi: Onun müəmmalı ölümü hələ də sirr olaraq qalır – FOTO

redaktor

“Ehtiyatlı olun” xəbərdarlığı: Yaxın saatlarda Yerə çatacaq

redaktor