13 C
Bakı
24 Mart 2026 19:14
DünyaŞou

“TikTok” fenomeni dəhşətli qəzada ÖLDÜ

Manisanın Kırkağaç rayonunda baş verən yol qəzasında iki nəfər həyatını itirib. Dəhşətli qəzada həyatını itirən şəxslərdən birinin 24 yaşlı TikTok fenomeni Gizem Özmen olduğu məlum olub.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, İzmir-İstanbul avtomagistralının Kırkağaç hissəsində bir avtomobil yolun təhlükəsizlik zolağında park edilmiş yanacaq tankerinə çırpılıb. Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə qrupları cəlb olunub. Aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin sürücüsünün və sərnişini olan Gizem Özmenin dünyasını dəyişib.

 

Qəza sonrası tanker sürücüsü nəzarətə götürülüb. Həyatını itirən Gizem Özmenin “TikTok” platformasında “Lavinia Özmen” adı ilə tanınan sosial media fenomeni olduğu ortaya çıxıb.

 

Qeyd edək ki, 24 yaşlı Gizem Özmenin “Instagram” -da 22 min, “TikTok” -da isə 155 min izləyicisi var idi. (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

USQ Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu!

admin

Bu peşələr ləğv olunacaq! – SİYAHI

redaktor

“Putinin birinci evliliyində nişanlısı toydan əvvəl qaçıb…”-Keçmiş “KQB” əməkdaşı

admin