Dünya

Pentaqon: Trampın danışıqları qitədə sülhə gətirib çıxaracaq

Donald Trampın Vladimir Putin və Volodimir Zelenski ilə danışması qitədə sülhün təmin olunmasına gətirib çıxaracaq.

 

Tacxeber.com Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

 

“Dünyada tərəfləri bir araya gətirərək sülhü təmin etmək qabiliyyətinə malik yeganə şəxs var: prezident Donald Tramp. O bunu dünən həm Rusiya, həm də Ukrayna prezidentləri ilə danışaraq göstərdi və inanırıq ki, bu, qitədə davamlı və uzunmüddətli sülhün təmin olunmasına gətirib çıxaracaq”, – Heqset qeyd edib.

 

Pentaqon rəhbərinin sözlərinə görə, Trampın məqsədi Avropanın və ABŞ-nin maraqlarına uyğundur.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Medvedevi hədələdi: “Ona deyin ki, sözlərinə diqqət etsin”

redaktor

Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu…

redaktor

Rusiya NATO-ya üzv qəbul olunsaydı… – Politoloq

redaktor