Hadisə

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

Tacxeber.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Qurtuluş idarə etdiyi “Merdeses-Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.az

Oxşar xəbərlər

“Uşağın öldüyünü eşidəndə, deyib, şükür Allaha” – Video

redaktor

Əcnəbi futbolçu ilə evlənən azərbaycanlı qadından şok paylaşım – FOTO

redaktor

Bir nəfər aksiya iştirakçısı polis maşınına ziyan vurduğuna görə saxlanılıb – DİN

admin