Gürcüstanda aksiya iştirakçıları paytaxtdan çıxışı qismən bağlayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, etirazçılar “Tbilisi Mall” ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyu yürüş keçirməyə qərar veriblər.
Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var.
Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.

