Cəmiyyət

Qubada meteoroloji dopler radar quraşdırıldı

Qubanın II Nügədi kəndi ərazisində meteoroloji dopler radar quraşdırılıb.

 

Tacxeber.comxəbər verir ki, bu gün baxışı keçirilən avtomatlaşdırılmış cihaz vasitəsilə 100-150 km radiusda gözlənilən dolu-leysan ilə bağlı öncədən məlumat əldə etmək mümkün olacaq.

 

Məlumata görə, dopler hava radarı atmosfer proseslərini izləməyə imkan verəcək.

 

Həmçinin dopler radar vasitəsilə Böyük Qafqazın cənub-şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ağdamda ev davası, yoxsa gündəm…

redaktor

Akademiyaxanada şəxsiyyətsizlik sindromu və Azərbaycan elminin zülməti

redaktor

10 saylı CÇM-in məhkumları: “Hamam probleminə görə tualetdə çimənlərin sayı çoxalıb, orada da növbədir”

admin