Dünya

Helikopter qəzasında ölən İran prezidentinin həyat yoldaşı işdən ÇIXARILDI

İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah Cəmilə Alamolhodanı Şura yanında Təhsil üzrə Qərargahın rəhbəri vəzifəsindən kənarlaşdırıb.

Tacxeber.com“Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi yazıb.

Bildirilib ki, onun yerinə Cəlal Musəvi Xatir təyin edilib.

Qeyd edək ki, Cəmilə Alamolhoda helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin həyat yoldaşıdır.

Xatırladaq ki, İbrahim Rəisi bir sıra dövlət məmurları ilə birgə 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan daha bir sərt plan: Xarici filmlərə 100 faizlik rüsum

redaktor

Respublikaçı deputat: “Ukrayna dişlərinə qədər silahlandırılmalıdır”

admin

Almaniya və Fransa Rusiya vətəndaşlarına viza qadağası tətbiq edilməsinə qarşı çıxdı

admin