Cəmiyyət

Bakıda yumurta qəhətə çıxdı

Artıq iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşanır.

Tacxeber.com xəbər verir ki, cəm iki gün əvvəl 7-8 qəpiyə, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılan yumurta qəhətə çəkilib.

Bununla bağlı müxtəlif şayiələr yayılır. Bildirilir ki, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar.

 

İndi isə iki gündür marketlərə yumurta gətirilmir. Süni yaradılan böhranın məqsədi isə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurtanın qiyməti 20 qəpiyə qədər bahalaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Səmranın bu hərəkəti insanları iyrəndirdi – Video

redaktor

Masazırda mal əti adı ilə camış əti satılırmış

admin

Çeçenistanda təyyarə qəzası ilə əlaqədar matəm elan edildi.

admin