DünyaHadisəİdmanVideo

Həbib Nurməhəmmədov ABŞ təyyarəsindən qovuldu – VİDEO

UFC-nin sabiq döyüşçüsü Həbib Nurməhəmmədov Los-Ancelesə gedərkən ABŞ təyyarəsindən endirilib.

 

UFC əfsanəsi yoldaşlarının döyüşlərinə gedən zaman təyyarədə təcili çıxışın yaxınlığında oturub.

Uçuşdan əvvəl stüardessa təhlükəsizlik təlimatı keçərkən ondan fövqəladə vəziyyət zamanı sərnişinlərə kömək edib-edə bilməyəcəyini soruşub.

 

Həbib sualın mənasını dərhal anlamayıb və cavab verməkdə tərəddüd edib. Stüardessa Nurməhəmmədovdan yerini boşaltmağı xahiş etsə də, o, bunu etməyib. Daha sonra mübahisə yaranıb və bort bələdçisi müdaxilə edib.

O, vəziyyəti həll etmək əvəzinə Nurməhəmmədovu digər sərnişinlərdən fərqləndirərək təyyarədən endirib. ABŞ mediasının yazdığına görə, bu hadisədən sonra Həbibin dostları da təyyarəni tərk edib və hamısı uçuşdan çıxarılıb. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər

Aşıq Ələsgərin heykəli tənqid olundu – Müəllifin cavabı…

admin

Tramp: İranın dinc bərpası üçün sanksiyaları ləğv etmək istərdim

redaktor

Ermənistanda iki Türkiyə vətəndaşı həbs edildi

redaktor