30 C
Bakı
12 Avqust 2025 12:40
Cəmiyyət

30 yaşlı vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir – VİDEO

 

Bakı sakini, 30 yaşlı Adnan Məcili şəxsiyyət vəsiqəsi ala bilmir.

 

Tacxeber.com “Xəzər TV”yə istinadla xəbər verir ki, A.Məcilinin sözlərinə görə, 2020-ci ilə qədər Xəzər Rayon Polis İdarəsində qeydiyyatda olub, daha sonra çıxarılıb. Hazırda onun sənədinin vaxtı bitib, lakin heç bir yerdə qeydiyyatı olmadığı üçün şəxsiyyət vəsiqəsini almaqda çətinlik yaşayır.

 

O deyir ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən bir sıra problemləri olur. A.Məcili iddia edir ki, bununla bağlı aidiyyəti qurumlara müraciət edib, lakin kömək göstərilməyib.

 

Hüquqşünas Emil Aslanov isə bildirir ki, vətəndaşa qeydiyyatda olduğu polis idarəsindən imtina verilibsə, inzibati məhkəməyə müraciət etməlidir.

 

Daxili İşlər Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, məsələ araşdırılacaq.

Ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Bakıda kişi “lyuk”a düşdü – İki gündür tapılmır

redaktor

Bakıda 16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verilib

redaktor

Gəncədə doğum vaxtına iki həftə qalan ana əməliyyat edildi, körpə komaya düşdü – VİDEO

redaktor