11 C
Bakı
30 Mart 2026 03:50
Dünya

Ağlamağım gəlir, Putin bu ölkələri tutacaq – Qordondan şok

Trampın Qrelandiya, Kanada, Panama kanalınının ABŞ ərazilərinə daxil edilməsi ilə bağlı bəyanatı mənə gülməli gəlmədi. Ağlamağım gəlir. İzah edəcəyəm nə üçün.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri ukraynalı məşhur jurnalist Dmitri Qordon deyib.

 

“Əgər amerikalı prezident “Kanadanı “götürmək” lazımdır” söyləyirsə, o zaman rusiyalı prezident niyə deməsin ki, “Ukraynanı “götürmək” lazımdır”!? Dünya elə bir vəziyyətə gəlir ki, sən imperiyasansa, sənin çoxlu pulun və silahın varsa, deməli, sən nə istəyirsən edə bilərsən və haranı istəsən öz ərazinə qata bilərsən?! Yəni güclü zəifi yeyir. Bütün dünya bu yolla gedəcək. Bu, dəlilikdir. Mən, əslində, optimist adamam, amma əhvalım hazırda pis vəziyyətdədir. Trampın bəyanatından sonra Putin də Ukraynanı, Moldovanı, Baltikyanı ölkələri, Polşanı götürmək istəyəcək. Problem nədədir? O deyəcək ki, Trampa olar, mənə yox?! Yeri gəlmişkən, əminəm ki, o bunu dəstəkləyir, alqışlayır”, – deyə Qordon bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin: “Rus qartalı da cənuba baxır”

redaktor

Sürprizlərlə dolu Fransa siyasəti: lider dəyişdi

redaktor

Alla Puqaçovanı ölkədən qovurlar

redaktor