CəmiyyətHadisə

Siyasi məhbuslara azadlıq tələb edən fəal saxlanılıb.

 

Onun hara aparıldığı məlum deyil.

 

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesində iştirak etməyə gələn ictimai fəal Cəmil Hacıyev saxlanılıb. Buna səbəb isə onun Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında “Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırması olub. Bu şüarla aksiyaya cəhd edən Cəmil Hacıyevi dərhal əvvəlcədən məhkəmənin qarşısına toplaşmış çoxsaylı polislər tutub.

 

Daha sonra onu Post-Patrul Xidmətinin maşınına mindirərək naməlum istiqamətə aparıblar. Onun yerini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Milli Şuranın üzvü olan gənc fəal bundan əvvəl də etiraz aksiyalarında iştirakına görə bir neçə dəfə saxlanılıb, cərimələnib. (Meydan.tv)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Keçmiş futbolçu Gürcüstanın yeni prezidenti oldu.

admin

Ukrayna Rusiyanın 4 ədəd Su-34 döyüş təyyarəsini məhv edib.

admin

Bakı İstintaq Təcridxanasından həbsdə olan jurnalist Ülviyyə Əli yazır

admin