24 C
Bakı
23 İyun 2025 21:23
Dünya

İsrail Ordusu “İslami Cihad”ın raket komandirini məhv etdi

İsrail hərbçiləri Qəzza zolağında radikal Fələstin təşkilatı “İslami Cihad”ın hərbi qanadının raket bölməsinin komandirini məhv ediblər.

 

Tacxeber.com bu barədə “Oxu.az”a istinadən xəbər verir.

 

Məlumata görə, məhv edilən Ənəs Məhəmməd Səədi Məsri İsrail mülki vətəndaşlarına və Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı çoxsaylı hücumlara rəhbərlik edib. İsrail ordusunun məlumatına görə, o, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin cənub rayonlarını atəşə tutan raketçilərə komandanlıq edib.

 

O, dekabr ayının əvvəlində kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində Qəzza zolağının şimalında məhv edilib. Ordu bildirib ki, zərbədən əvvəl yerli mülki əhaliyə ziyan vurulması riskinin minimuma endirilməsi üçün tədbirlər görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Putin “Oreşnik”dən DANIŞDI: “Dünyada heç kimin belə silahı yoxdur” – VİDEO

redaktor

Zelenski ruslara SƏSLƏNDİ: “Həlledici məqam gəldi, heç kim bilməyəcək ki…”

redaktor

Bakıya təcili enən nəhəng təyyarə: Niyə uçmadı?

redaktor