16 C
Bakı
26 Sentyabr 2025 23:14
Dünya

Beyonsun anası pilotların qəhrəmanlığından yazdı – Video

Amerikalı məşhur müğənni Beyonsun anası Tina Noulz AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından əvvəl sərnişinlərdən birinin lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb.

 

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, o, paylaşımında pilotların qəhrəmanlığından söz açaraq onlara təşəkkür edib:

 

“Duanın inanılmaz gücü! Bu sərnişin qəzaya uğramaq üzrə olarkən təşvişə düşmək əvəzinə dua etmək qərarına gəlib. Bunu görəndə dostuma “O adam sağ qaldı” dedim. Biz təyyarənin alov aldığını görəndə isə o, yox dedi. Amma bilirdim! Allahın nəzarətindədir! Çox dua, daha çox gücdür. Həmin təyyarəni endirən və sərnişinlərin yarısını xilas edən o heyrətamiz pilotlara tə.əkkür edirəm. Allah hər zaman yaxşıdır”.

 

Qeyd edək ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Oxşar xəbərlər

ABŞ Konqresi İvanişvili rejiminə ciddi sanksiyalar nəzərdə tutan sənəd qəbul etdi.

admin

“Hörümçək toru – 2”

admin

Tramp: “Baş nazirin xanımından təsirlənirəm, çox gözəl qadındır” – FOTO

redaktor