12 C
Bakı
29 Mart 2026 20:21
Dünya

AZAL-ı vuran “Pantsir” Qroznıdan çıxarıldı – FOTO

Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarənin vuran “Pantsir-S” HHM sistemini Qrozundan çıxardılar.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.

 

“Pantsir-S” sisteminin çıxarıldığını əks etdirən foto da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.

 

“Pantsir-S” sistemi Qroznıya Ukrayna PUA-larının “Əhməd” xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.

 

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Oxşar xəbərlər

Jurnalistlər ABŞ prezidentinin təyyarəsindən oğurluq edib

redaktor

Putinin yaxın adamı Kozak istefa verib –Ukrayna müharibəsinin əleyhinə idi

redaktor

Dinozavrlardan sağ qurtularaq günümüzə qədər yaşamağı bacaran 8 canlı

redaktor