20 C
Bakı
24 İyun 2025 04:30
Cəmiyyət

“İki il əvvəl vəfat edən uşağımın şəkillərini paylaşıb pul yığırlar” – Video

“Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır”.

 

Tacxeber.com xəbər verir ki, bu iddia ilə Xezerxeber.az-a uşağın anası Nəzrin Əsgərova müraciət edib.

 

O bildirib ki, övladı M. Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib. Hələ də 2 il əvvəl vəfat edən uşağının şəkilləri sosial mediada pul yığmaq üçün istifadə olunur: “Hesab kartı qoyaraq insanları aldadır, kömək istənilir, pul yığırlar. Hesab Aygün Umudova adlı şəxsin adından açılıb. Halbuki mənim uşağım iki il əvvəl Türkiyədə dəfn olunub. Bu qədər vicdansızlıq, insanların inamından istifadə eləmək hara sığır?! Tək mənim uşağım deyil, başqa uşaqların da şəkilləri paylaşılır. Bildiyimə görə, o uşaqlar da vəfat ediblər…”

 

N. Əsgərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qeyd edilən məsələ araşdırılır. Həmin şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.

Daha ətraflı videosüjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

Emin Əmrullayevin paylaşımı tənqid edildi – ““Neftçi” İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu…” – FOTO

redaktor

Qəzada həlak olan tələbə Mahmudun hava limanında SON VİDEOsu

redaktor

“Bahalı hədiyyə olsaydı, müəllim onu götürməzdi” – Valideynlərdən müraciət

redaktor