11 C
Bakı
27 Mart 2026 17:20
Dünya

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada açılmış cinayət işini İstintaq komitəsinin Baş idarəsi aparacaq

 

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Çeçenistan Respublikasına səfər edərək Qroznı şəhərində əməliyyat müşavirəsi keçirib.

 

Bastrıkinə “Azərbaycan Hava Yolları” QSC-nin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında göyərtəsində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının olduğu təyyarənin qəzaya uğramasının şəraitinin araşdırılması barədə məlumat verilib.

 

Bildirilib ki, məlum hadisə ilə əlaqəda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə təhvil verilib.

 

İstintaq-əməliyyat qrupu yaradılıb ki, onun da tərkibinə müstəntiqlər, kriminoloqlar və təyyarə qəzalarının təhqiqatında təcrübəsi olan ekspertlər daxildir.

 

Cinayət işi çərçivəsində hadisənin baş vermə şəraiti və təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün bütün lazımi tədbirlər görülür”, deyə RF İstintaq Komitəsinin məlumatında qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Xərçəngəm” deyib hər kəsi aldadan idmançı sərvət yığdı – FOTO

redaktor

Kiyevə ikinci hücum: Rusiyanın yeni həmləsi necə bitə bilər ?

admin

İranda prezidentin istefası tələb olundu – VİDEO

redaktor