18 C
Bakı
23 Oktyabr 2026 02:34
Dünya

Mini ətəkli qadını polis şöbəsinə buraxmadılar

Xüsusi hərbi əməliyyatın iştirakçısı olduğu üçün polisə gələn Tümen sakini xarici görünüşünə görə şöbəyə buraxılmayıb.

 

Tacxeber.com xəbər verir ki, Tümen sakini Lyubov R. qardaşının döyüş biletini bərpa etmək üçün polisə müraciət etmək istəyib. Qadın şöbəyə girmək istəyəndə onu saxlayıblar və paltarının çox qısa olduğu iddia edildiyi üçün girişdən içəri buraxmayıblar.

 

Məlumata görə, polis ona, “Biz səni təhqir etməmişik. Siz gecə klubuna gəlməmisiniz” deyib. Qadın isə cavabında polis əməkdaşları üçün tətbiq edilən geyimə əməl etməyə borclu olmadığını bildirib.

 

“Mən yetkin qadınam, 18 yaşlı qız anasıyam. Mən 20 ildir evliyəm. Ali təhsilliyəm və nüfuzlu şirkətdə işləyirəm. Düşünürəm ki, mənə belə rəftara layiq deyiləm”, – deyə Lyubov R. qəzəblənib.(Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Middle East Eye”: “Bakı Ankaradan Ərdoğanın müşavirini vəzifədən çıxarmağı tələb edib”

admin

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Rusiya və Ukrayna arasında zərbələr endirilib, itkilər var

redaktor