Hadisə

Qazaxıstan hökumət rəsmisi qəzaya uğrayan təyyarədə atəş izlərinin olması barədə iddiaları şərh etdi

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, qəzanı araşdıran komissiyanın rəhbəri AzAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.

 

Tacxeber.com APA-ya istinnadən xəbər verir ki, brifinqdə bu barədə suala cavab verən K. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.

 

“Buraya həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək. Nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

İrandan Ermənistana gələn avtobus kül oldu

redaktor

Əvəz Zeynallı saxlanıldı – Təcili

admin

Azərbaycanlı qadın türk sevgilisi ilə İstanbulda qızıl mağazasına basqın edib – VİDEO

redaktor