16 C
Bakı
23 Mart 2026 19:54
Dünya

Tramp Ukrayna Prezidentini müharibəni dayandırmağa çağırdı – KİV

Tramp Ukrayna Prezidentini müharibəni dayandırmağa çağırdı - KİV

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini müharibəni dayandırmağa çağırıb.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın “El Pais” nəşri yazıb.

 

Qeyd olunub ki, Tramp Zelenskidən atəşkəs barədə düşünməsini istəyib.

 

Nəşr yazır ki, rəsmi Kiyevin müvafiq qərarından sonra sülh üçün şərait yaranacaq: “Bundan sonra isə Avropa sülhməramlı qoşunları da daxil olmaqla müxtəlif mexanizmlərlə Ukraynanın təhlükəsizliyinə zəmanət veriləcək”.

 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Araik detalları AÇIQLADI – Ermənistanda həyəcan YAŞANIR

redaktor

Jirinovskinin oğlu Moskvada polisə hücum etdi

redaktor

Səfirlik önündə Quran yandırıldı

admin