20 C
Bakı
20 Oktyabr 2026 11:26
Cəmiyyət

“Heç bir həkim gedib rayonda işləmir” – Ekspert

“Bu gün heç bir həkim gedib rayonda işləmir”.

Tacxeber.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

 

O bildirib ki, həkimlərin bölgələrdə işləməməsinin birinci səbəbi yetərli şəraitin olmamasıdır:

 

“Digər tərəfdən, bölgələrdə işləyən həkimlər üçün xeyli fərqli güzəştli sosial proqramlar olmalıdır. Bunlar olarsa həkimlərin bölgələrdə işləməyə marağı olacaq. Məsələn, mənzillə təmin etmək, maaş artıqlığı, 10 il iş stajı varsa pensiya təminatı və s. Sosial proqramların tətbiqi şərtdir”.

Adil Qeybulla qeyd edib ki, TƏBİB büdcəsinin həkimlərin sosial müdafiəsi ilə bağlı heç bir önəmi yoxdur:

 

“Bu görünmür, hiss olunmur. Ona görə də hamı mərkəzə qaçıb, özünə bir yaşayış vasitəsi əldə etmək imkanları əldə etməyə çalışır”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq

redaktor

“Sabah” “Borussiya”ya qarşı

admin

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor