24 C
Bakı
22 İyun 2025 14:11
Maraqlı

Ərdoğanın nəvəsi ilə maraqlı dialoqu – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepə səfəri çərçivəsində “Gənclərlə görüş” adlı tədbirdə iştirak edib.

 

Tacxeber.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, tədbir zamanı Ərdoğan gənclərin suallarını cavablandırıb.

 

Tədbirdə Ərdoğanın nəvəsi Ali Tahir Ərdoğan da olub və bu zaman tərəflər arasında maraqlı dialoq yaşanıb.

Belə ki, mikrofonu götürən gənc “Adım Ali Tahirdir. Cənab Prezidentimiz, əslində mənim sualım yoxdur. 11 yaşlı bir gənc olaraq bu imkanı bizə verdiyiniz üçün sizə çox təşəkkür edirəm”, – deyib.

Bunun ardınca Ərdoğan ondan özünü təqdim etməsini istəyib. O isə gülərək adının Ali Tahir Ərdoğan olduğunu bildirib. Sözünə davam edən Türkiyə lideri həmin gəncin nəvəsi olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, Ali Tahir Bilal Ərdoğanın oğludur.


Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyada selfi çəkənlərlə bağlı qərar qəbul edilib

redaktor

Kosmonavt kosmosda ölsə nə baş verər?

redaktor

İsti havalarda kondisionerin ən optimal temperaturu açıqlanıb

redaktor