7 C
Bakı
26 Dekabr 2025 20:01
CəmiyyətDünyaŞou

Anasının dəfnində Mahsun Kırmızıgül xoşagəlməz anlar yaşadı.

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mahsun Kırmızıgülün anası Faika Bazencir 99 yaşında vəfat edib.

 

Bu gün təşkil olunan vida və dəfn prosesində Mahsun çətin anlar yaşayıb. Belə ki, yas mərasiminə gələn bəzi vətəndaşlar anasını son mənzilə yola salmağa çalışan ifaçı ilə selfi çəkdirməyə çalışıblar. Onların bəziləri digər şəxslər tərəfindən oradan uzaqlaşdırılıb. Türk mediası baş verənləri “Anasının dəfnində Mahsun Kırmızıgülə qarşı edilən böyük ayıb. “Selfi xəstələri” Mahsunu rahat buraxmadı” kimi qələmə verib.

 

Görüntülər həmçinin sosial mediada da yayılaraq tənqid olunub.

 

Qeyd edək ki, Mahsunun anası Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Sənətçi Bakı konsertində anasının onu tanımamasından danışaraq, göz yazı tökmüşdü.

Tacxeber.com

Oxşar xəbərlər

Medvedevdən səs-küylü PAYLAŞIM – “Putin və Trampın menyusunda Paris xoruzu və Kiyev kotleti var, nuş OLSUN!” – FOTO

redaktor

Rusiyanın Su-34 qırıcısı F-16 ilə vuruldu

admin

İranda su etirazında “Rəisiyə ölüm” şüarı səslənib

admin