24 C
Bakı
22 İyun 2025 10:00
Cəmiyyət

Qadınları paylaşan cərrah: “Ayıb, biabırçı kimi şərhlər…”

Bir müddətdir ki, sosial şəbəkələrdə estetik cərrahlar, onların sosial şəbəkə vasitəsilə paylaşımları müzakirə mövzusuna çevrilib. Bəziləri iddia edir ki, əməliyyat olunan xanımların çılpaq bədənlərini paylaşmaq düzgün deyil, hətta biabırçı əməldir.

 

Bu paylaşımlar pasiyentlər arasında narahatlıq yaradırmı? Həkimlər öncədən onlardan icazə almalıdırmı?

 

Plastik cərrah Dilqəm Məhərrəmov “Yeni Sabah”a mövzuya aydınlıq gətirib:

 

“Tibbi nəticələrin düzgün paylaşımı bir neçə məsələni özündə birləşdirməlidir. İlk növbədə, əməliyyat olunan pasiyentdən icazə alınmalıdır. İkinci məqam fotoların çəkilişi ilə bağlıdır. Pasiyentin şəkilləri göy və ya qara fonda eyni fotoaparatla, bərabər məsafə, rakurslarda çəkilməlidir.

 

Paylaşımlarda, adətən, əməliyyatdan bir neçə ay sonrakı şəkillər, daha yaxşı halda isə 1 il keçdikdən sonra çəkilən görüntülər paylaşılmalıdır”.

 

Estetik cərrah qeyd edib ki, belə paylaşımlara edilən bəzi şərhlər doğru deyil:

 

“Cərrahi müdaxilədən dərhal sonra əməliyyat masası üzərində çəkilib paylaşılan ilkin nəticələr aldadıcı ola bilər. Digər həssas məqam intim bölgələrin lazimi qaydada bağlanılması ilə əlaqədardır. Paylaşım üçün çəkilən şəkillərin redaktəsində xüsusi proqramlardan istifadə etmək yolverilməz bir haldır.

 

Postlar tibbi etika qaydalarını qorumaq şərti ilə yazılmalıdır. Həmçinin, belə paylaşımlara edilən “ayıb”, “biabırçı” kimi şərhlər heç də düzgün hesab olunmur”.

Tacxeber.com

Oxşar xəbərlər

Kürdəmirdə sakinlər həmkəndlilərinin sahə müvəkkili tərəfindən döyülməsinə etiraz olaraq Bakı-Qazax magistral yolunu bağladılar

admin

15 yaşlı qızların abort olunma faktları var – milli fəlakət…

redaktor

Şəfiqə Nağıyevanı maşını ilə vuran taksi sürücüsü canlı yayıma zəng etdi – VİDEO

redaktor