2 C
Bakı
11 Fevral 2026 15:53
Şou

Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?

Məşhur Hollivud aktrisası Cennifer Lopes haqqında yeni şayiə yayılıb.

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, 55 yaşlı aktrisa və müğənni şəxsi mühafizəçisi ilə flirt edərkən görüntüləniblər.

 

“Cen indi görüşlərə getmir, lakin bu o demək deyil ki, o əylənə bilməz. O, təhlükəsiz olduğu yerdə flirt edir. Təbii ki, bu oğlan onu cəlb edir. Lakin əsas odur ki, o bunun Beni (Afflek) dəli edəcəyinə əmindir”, – deyə Cennifer Lopesə yaxın insayder bildirib.

 

İnsayder, həmçinin əlavə edib ki, aktrisa bir az flirt etməyin onun imicini yaxşılaşdıra biləcəyinə inanır.

 

Xatırladaq ki, Cennifer Lopes və Ben Afflek 2004-cü ildə nişanlarını pozduqdan 17 il sonra, 2021-ci ildə münasibətlərini bərpa ediblər. Bununla belə, artıq 2022-ci ilin iyulunda onlar ayrıldıqlarını elan edərək, pərəstişkarlarını şoka salıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycana görə Rusiyada boykot olundu

redaktor

Elza bu şeirə görə AYB-dən çıxarılır? – “Ağzınızı…”

redaktor

“Tutulub, təhvil verildi. Bu da belə!” – Flora Kərimovadan Afət Telmanqızı ilə bağlı PAYLAŞIM

redaktor