Şou

Hadisənin yeni filmini TikTok qadağan etdi – Foto

Müğənni Hadisenin yeni çəkildiyi ekran işi “Esas oğlan” Tiktokda qadağan edilib.

 

Tacxeber.com xəbər verir ki, ekran işində açıq-saçıq səhnələr yer aldığından sosial platforma filmin görüntülərinin nümayişini dəstəkləməyib.

 

Bu barədə Hadise şəxsi sosial şəbəkə hesabında bildirib.

 

“Gülürəm… Bu gülməli deyil? Bu platformalar azadlığı müdafiə etdiklərini demirlərmi? Hər cür videoların paylaşıldığı, uşaqların sui-istifadə edildiyi, pul qazanmaq üçün bədənlərin ifşa edildiyi məzmunlara icazə verilir, lakin sevgi səhnələri “əxlaqsızlıq” elan edilir. Təcavüz səhnələri, silahlar və qadağan olunmuş maddələr qəbul edildiyi halda, niyə eşq səhnələri qadağandır?” – deyə ifaçı yaranmış vəziyyətə üsyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Aşıq Zülfiyyə ilə yol getdim, həyatıma nifrət etdim” – VİDEO

redaktor

Aygün Kazımovanın instaqram hesabı: Xalq artisti xəsislik edir?

redaktor

“Mən o mahnını oxuyanda “Makaron” Bakıda çörək yeyirdi” – VİDEO

redaktor