22.8 C
Bakı
10 İyun 2026 02:11
Dünya

İranın raket istehsalı obyekti məhv edilib – İddia

 

Şənbə günü, gecə İsrailin İrana endirdiyi zərbələrdən  İranın ballistik raket proqramının mühüm komponenti olan bir obyekt məhv edilib.

 

Tacxeber.com Axios-a istinadla xəbər verir ki, bunu 3 üç israilli mənbə bildirib.

 

Onlar iddia edir ki, “avadanlığın məhv edilməsi İranın raket ehtiyatını yeniləmək qabiliyyətinə ciddi zərbə vurur və İranı İsrailə qarşı növbəti kütləvi raket hücumlarından çəkindirə bilər”.

 

İsrail İranın raket arsenalının əsas hissəsini təşkil edən uzaqmənzilli ballistik raketlər üçün bərk yanacaq istehsal etmək üçün istifadə edilən 12 planetar mikseri sıradan çıxarıb.

 

İran bu cür avadanlığı təkbaşına istehsal edə bilməz və onları Çindən almalıdır. Tehran hələ də böyük ballistik raket ehtiyatına malik olsa da, İsrail mənbələri deyir ki, yeni raketlərin istehsalının azaldılması onun “Hizbullah” və Yəmən husilərini yenidən təchiz etmək imkanlarını məhdudlaşdıracaq.

 

Mənbələrin məlumatına görə, hücum strateji yerlərdə yerləşən və Tehranı, nüvə və enerji obyektlərini qoruyan dörd S-300 hava hücumundan müdafiə batareyasını vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Dronlara qarşı balıq torları: İsveç və Danimarkadan Ukraynaya qeyri-adi hərbi yardım

redaktor

Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul etdi

redaktor

Tramp Putin üçün kabus, Ukrayna üçün isə fürsətdir – İDDİA

redaktor