10 C
Bakı
27 Mart 2026 07:05
Dünya

Albaniyanın keçmiş prezidenti saxlanıldı

 

Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) qərarı ilə saxlanılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Koha” nəşri məlumat yayıb.

 

“SPAK İ.Metanın əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və “çirkli pullar”ın yuyulmasında şübhəli bilinir. Sabiq prezidentin bu səbəbdən saxlanıldığı ehtimal olunur”, – deyə məlumatda qeyd edilib.

 

İ.Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirib.

 

O, 2017-2022-ci illərdə Albaniya prezidenti olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Qiyamət saatı hamının eşitməsi üçün kifayət qədər yüksək səslə döyünür” – Quttereş

redaktor

Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı…

redaktor

Niyə Tramp Zelenskiyə qəzəblidir?

admin