22.8 C
Bakı
10 İyun 2026 01:17
Maraqlı

12 il mədəsində görün nə gəzdirib – FOTO

12 il mədəsində görün nə gəzdirib - FOTO

 

Hindistanda həkimlər daimi ağrılardan şikayət edən xəstənin mədəsində cərrahi qayçı aşkar ediblər.

 

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, qayçının 12 il əvvəl əməliyyat zamanı unudulduğu ortaya çıxıb.

 

Qadının əri jurnalistlərə bildirib ki, həyat yoldaşı 2012-ci ildə Qanqtokdakı klinikalardan birində appendisitdən əməliyyat olunub. Bundan sonra o daim şiddətli qarın ağrıları keçirib. Dəfələrlə ona müxtəlif dərmanlar yazan həkimlərə müraciət etsə də, ağrı geri qayıdıb. Yalnız rentgen ağrının səbəbini üzə çıxarıb.

 

Cərrahlar qrupu dərhal qayçını çıxarmaq üçün əməliyyat keçiriblər. Qadın artıq sağalmaq üzrədir. Lakin hadisə yerli əhalisinin qəzəbinə səbəb olub və onlar həkimin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

“İki dəfə öldüm.” Başından 4160 volt elektrik cərəyanı aldıqdan sonra inanılmaz dərəcədə sağ qalan adam.

admin

Ağ sonsuzluq – Antarktida. Zəngin və maraqlı elmi araşdırma.

admin

Venesuela Cənubi Amerikanın şəlalələr və təbii sərvətlər ölkəsi

admin