13 C
Bakı
30 Mart 2026 13:17
Cəmiyyət

Dəyərsiz, özünə hörmət etməyən qadın kimdir? – Məşhurlar dalaşdı

 

“Əksər qadınlar özünə hörmət qoymur. Bu, bütün qadınlara şamil olunmur. Nə gəldi danışan, hərəkətini bilməyən, həyat tərzi bərbad olan qadınlar az deyil. Bu qadınlar da özünə hörmət qoymur”.

 

Bu fikirləri “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllim Fatimə Hacıbəyli“Yeni Sabah”a psixoloq Samirə Bağırovanın “Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır” başlıqlı açıqlamasına şərh edərkən bildirib və fikirlərinə belə davam edib:

 

“Ancaq güclü, özünə inanan, özünə hörmət edən qadınlarımızda az deyil. Bu xanımlar davranışı, həyat tərz, tərbiyəsi ilə insanlara nümunə olur”.

 

Müsahibimiz qeyd edib ki, bəzi qadınlar öz həmcinslərinin uğur qazanmaması üçün əllərindən gələni edirlər:

 

“Belə bir deyim var ki qadının ən böyük düşməni elə qadındır. Bu əbəs yerə deyilməyib. Bəzi xanımlar öz həmcinsini alçaltmaq, onun yüksəlməməsi üçün hər cür addım atırlar. Qadın qadının həm dostudur, həm də düşməni”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda ailədaxili münasibətlərlə bağlı yeni hüquqi yanaşma müəyyən edilib.

redaktor

Bakıda baş verən piyada qəzalarının görüntüləri – VİDEO

admin

Adı milli, özü isə xaricdə – .az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

admin