23 C
Bakı
24 İyun 2025 12:19
Hadisə

İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ölüb

 

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

İranda terror aktı: Ölənlər var

redaktor

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar – Bir həftə əvvəl check-up olunubmuş…

redaktor

ABŞ-da elektrikli velosipedlər insanları “qırır” – 18 nəfər ölüb

admin