24 C
Bakı
22 İyun 2025 12:26
DünyaHadisə

Aviaşouda xaos yarandı: 5 ölü, onlarla yaralı.

Hindistanda keçirilən avişouda baş verən faciədə xeyli sayda insan susuzluq və izdiham nəticəsində ölüb və yaralanıb.

 

Tacxeber.com xəbər verir ki, hadisə bazar günü Hindistanda Çennayda keçirilən aviaşouda baş verib.

 

“The Indian Express”in məlumatına görə, faciə Hindistan Hərbi Hava Qüvvələrinin 92-ci ildönümünə həsr olunmuş aviaşouya tamaşa etmək üçün Marina çimərliyinə 1,2 milyon tamaşaçı toplaşarkən baş verib.

 

Hakimiyyət və təşkilatçılar bu cür insan axınına hazır olmayıblar. Şounun sonunda çıxışda qarışıqlıq və izdiham yaranıb. Nəticədə 2-3 nəfər ölüb, 40 tamaşaçı yaralanıb və xəstəxanaya yerləşdirilib. 36 dərəcə istidə hava şousu zamanı 150 ziyarətçi susuzluq səbəbindən təcili tibbi yardıma müraciət edib. Onlardan bəziləri dünyasını dəyişib.

 

Ümumilikdə ən azı 5 nəfərin öldüyü bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Fransada naməlum şəxslər məscidi atəşə tutub

redaktor

İranda din xadimi öldürüldü – Eyni şəhərdə ikinci qətl

redaktor

Rusiya müsəlmanlar üçün ən vacib kitabı QADAĞAN ETDİ – Kadırov QƏZƏBLƏNDİ

admin