28 C
Bakı
12 Avqust 2025 18:22
DünyaHadisə

Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına düşdü

Çeçenistan liderinin oğlu Adam Kadırov Rusiyanın Rekordlar Kitabına düşüb.

Tacxeber com  bu barədə Rusiyanın Rekordlar Kitabına istinadla TASS agentliyi məlumat yayıb.
Məlumata görə, o, Rusiyayda təhlükəsizlik xidmətinin ən gənc rəhbəri kimirekordlar kitabına daxil edilib.

O, həmçinin Rusiyanın Rekordlar Kitabını populyarlaşdırdığı üçün medala da layiq görülüb.
Qeyd edək ki, Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. Bundan əlavə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində “Şeyx Mənsur” batalyonuna və Rusiya Qvardiyasının tərkibindəki “Baysanqur Benoyevski” batalyonuna rəhbərlik edir.

Xatırladaq ki, ötən ilin oktyabrında Adam Kadırov Çeçenistan  Respublikasının Qəhrəmanı olub, noyabrda isə İslamın möhkəmlənməsinə və onun dəyərlərinin qorunmasına verdiyi mühüm şəxsi töhfəyə görə 1-ci dərəcəli “İslam dininə xidmətə görə” mükafatı alıb. O vaxta qədər bu, onun 1,5 ayda yeddinci mükafatı olub. 2024-cü ilin fevralında o, Birləşmiş Ərəb Əmirliklərində keçirilən xüsusi təyinatlıların yarışında iştirakçılarına verdiyi dəstəyə görə medalla təltif edilib. (Yeniavaz)

Tacxeber com

Oxşar xəbərlər

Əsgərlərimiz Qarabağda Ermənistan bayrağını endirdilər – VİDEO

redaktor

Ukrayna Rusiyanın 9 neftayırma zavodunu vurub

redaktor

Ciddi itkilər var, Ukrayna darmadağın olub – Akar

redaktor