20 C
Bakı
20 Oktyabr 2026 09:05
Cəmiyyət

Siqaretlə bağlı cərimələr 6 dəfə artırılır

 

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.

 

Tacxeber.com xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor