CəmiyyətGündəmHadisə

Prezident general-mayoru rütbəsindən məhrum etdi

Prezident İlham Əliyev Tofiq Etibar oğlu Həsənovun ali xüsusi rütbədən və dövlət təltifindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

 

Tacxeber.com olaraq sərəncamın mətnini təqdim edirik:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

 

1. Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tacxeber.com

Oxşar xəbərlər

Stalinin iştirakı ilə qanlı bank soyğunu

admin

Fəxrəddin Manafovun çəkildiyi filmin treyleri yayımlandı – VİDEO

admin

“İlin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq?” – İQTİSADÇI

redaktor