Dünya

AZAL-a məxsus helikopterlər 4-cü dəfə hərraca çıxarılır

AZAL-a məxsus helikopterlər 4-cü dəfə hərraca çıxarılır

Oktyabrın 10-da “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin balansında olan 3 helikopter 4-cü dəfə – 25% endirimlə hərraca çıxarılacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, “Airbus Helicopters EC-155B1”, “Airbus Helicopters EC-155B1” və “Airbus Helicopters EC-135P2” markalı helikopterlərin hər birinin start qiyməti 1,5 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir.

Sifarişlər Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Behin köçürülməsini təsdiq edən sənəd.

Tacxeber.az

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor