29 C
Bakı
11 Avqust 2025 14:44
CəmiyyətGündəmQalmaqalŞikayət

Bakıda qalmaqallı məktəbə direktor təyin edildi

Bakıda qalmaqallı məktəbə direktor təyin edildiBakı şəhəri 112 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

 

Tacxeber.com modern.az-a istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib.

 

O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.

 

Xatırladaq ki, 2022-ci ildə 112 saylı orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu. Hadisədən sonra orta məktəbin direktoru səlahiyyətlərini icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva vəzifəsindən azad edilmişdi. Məktəbdə direktorun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Qasımov icra edirdi.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda 16 yaşlı cüdoçunun bıçaqlanma anı – VİDEO

redaktor

O hansı təhlükədir ki, quru yolla gələ bilər, amma təyyarə ilə gələ bilməz? – Cəmil Həsənli

redaktor

Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinə qayıdır – 10 yeni üzv

admin