15 C
Bakı
30 Mart 2026 20:05
Dünya

Paşinyan Bakıya dəvət edildi – Rəsmi

 

Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

 

“Qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”, – A.Hacızadə vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin xəyalındakı kəməri Çinlə birgə gerçəkləşdirəcəyi çətin görünür

admin

“Qəzzaya yardım çatdırmaq mümkün deyil” – BMT

redaktor

Azərbaycan Ukraynaya 2 milyon dollar yardım ayırdı – SƏRƏNCAM

redaktor