DünyaHadisəKriminal

Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanıldı

Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

 

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, vəkil saxlanılıb.

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

 

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.

Tacxeber.com

Oxşar xəbərlər

Şuşa türməsində işgəncə görən 3 azərbaycanlının anlatdığı dəhşətlər – VİDEO

redaktor

Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi – ŞOK

redaktor

“Başa düşürük ki, bu saxtadır”

admin