11 C
Bakı
29 Mart 2026 09:50
Cəmiyyət

Generalın vəzifə verdiyi şəxs Xalq artistinin oğlu imiş

Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun “Azərterminalkompleks” Birliyinə direktor müavini təyin etdiyi Eldar Əzimov Xalq artisti Rafiq Əzimovun oğludur.

Tacxeber.com xəbər verir ki, bu barədə “qaynarinfo.az”a Xalq artistinin özü məlumat verib.

Aktyor bildirib ki, oğlu Eldar Əzimovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona həyat yoldaşı verib:

“Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq”.

Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl “Azərterminalkompleks” Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır?

admin

Sabahdan siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır

redaktor

ASA: Qarlı havaya görə 1500-ə yaxın avtomobilə 1 mln. manatadək ziyan dəyib

redaktor