13 C
Bakı
27 Mart 2026 21:16
Siyasət

Tural Abbaslı bütün dairələrdə uduzmalarından danışdı: “Gözləmirdik”

 

Baş tutan növbədənkənar seçkilərlə bağlı müzakirələr davam edir. Namizədlər və siyasi institutlar seçki prosesini dəyərləndirir, nəticələrlə bağlı fikirlərini bildirirlər.

 

Tacxeber.comxəbər verir ki, namizədliyini 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən irəli sürmüş Ağ Partiya sədri Tural Abbaslı da mövzu ilə bağlı fikirlərini Konkret.az-la bölüşüb.

 

O, nəticələrdən razı qalmadığını gizlətməyib:

 

“Seçkilərdə 18 namizədlə iştirak edirdik. Gün ərzində müxtəlif məntəqələrdə qayda pozuntusu olduğu barədə məlumatlarlar alırdıq. Düzdür, müəyyən məntəqələr var idi ki, ciddi nöqsanlar olmadı. Ümumilikdə isə hər kəs seçkilərin necə keçdiyini gördü. Hazırda vəziyyəti qiymətləndiririk. Bununla bağlı yekun bəyanat yayacağıq. Ağ Partiya olaraq bütün dairələrdə uduzacağımızı gözləmirdik. Ancaq, nəticələr məlumdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Böyük qumar: İRAN…..

redaktor

Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı

redaktor

Niyə Rusiya Qafqazdan uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir? – Elxan Şahinoğlu

admin