24 C
Bakı
22 İyun 2025 14:14
DünyaHadisəSiyasət

İran prezidentinin helikopterinin partlamasının əsil səbəbi bəlli oldu – Rəsmi

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İranın keçmiş prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəblərini açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, İranSilahlı QüvvələrininBaş Qərargahın yaydığı yekun hesabatda İranın keçmiş prezidenti İbrahim Rəisinin helokopterinin çətin hava şəraitinə görə qəzaya uğradığı bildirilir.

Hesabatda  qeyd olunur ki, yaz aylarında bu bölgədə tez-tez sıx duman kütləsi əmələ gəlir. İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələri onu da  vurğulayıblar ki, prezidentin helokopteri yuksəkliyə qalxarkən  dumanlı hava şəraiti nəticəsində dağa çırpılıb. Mütəxəssislər faciənin mərmi və  ya hər hansısa idarə olunan elektron  avadanlığının zərbəsi ilə bağlı versiyalarını istisna ediblər.

 

Xatırladaq ki, İbrahim Rəisi olan helikopter bu ilin mayın 19-da qəzaya uğrayıb. Helikopterdə keçmiş prezidentlə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Şərqi Azərbaycan vilayətinin rəhbəri Mələk Rəhməti və Təbriz şəhərinin cümə məscidinin imamı Məhəmməd Əli Ale Haşem də olub.

Tacxeber.com

Oxşar xəbərlər

KİV: Kim Çen In Rusiyaya səfər etməyi planlaşdırır

redaktor

Ukraynalı ekspert: “KTMT bölmələrinin Qazaxıstandan çıxarılması Çinin müraciəti nəticəsində baş verdi”

admin

Zelenski: Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik.

admin