Cəmiyyət

Polad Bülbüloğlu: “Bu dəfə seçilməyən gələn dəfə seçilə bilər” – VİDEO

Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 və 29 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.

Bu məntəqədə səs verənlər arasında xalq artisti və deputatlığa namizəd Polad Bülbüloğlu da olub.

Deputatlığa namizəd Bizim.Media-ya açıqlamasında seçki ilə bağlı təəssüratlarını bölüşüb:

 

“Təbii ki, hər dairədən bir nəfər seçiləcək, bunu da normal qəbul etmək lazımdır. Bu da bir imtahandır, bir məktəbdir, pillədir. İnsanlar bu pillələrdən keçir. Bəlkə bu dəfə seçilmədik, gələn dəfə seçilə biləcəyik”, – deyə Polad Bülbüloğlu bildirib.

Qeyd edək ki, Polad Bülbüloğlu 24 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə deputatlığa namizəddir.


Tacxeber.com

Oxşar xəbərlər

“Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib” – Video

redaktor

Kişilər qadınlara nisbətən daha tez karlaşır – Qarşısını belə alın

redaktor

Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək

admin