20 C
Bakı
22 İyun 2025 04:12
Dünya

Tramp Kamilla Harrislə debata razı oldu

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp sentyabrın 10-da rəqibi Demokratlar Partiyasının namizədi və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə canlı yayımda debata razılıq verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media platformasındakı hesabında yazıb.

 

“Yoldaş Kamala Harrislə debat üçün Radikal Sol Demokratlarla razılığa gəldim”, – Tramp yazıb.

 

O, debatın sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərindən ABC telekanalında canlı yayımlanacağını bildirib.

 

Tramp həmçinin deyib: “Qaydalar, bəlkə də, saxtakar Co Bayden istisna olmaqla, hamı üçün yaxşı nəticə verən son CNN debatı ilə eyni olacaq. Debat ayaq üstə olacaq və namizədlər qeydlər və ya hər hansı digər vərəqləri gətirməyəcəklər”.

Tacxeber.com

Oxşar xəbərlər

182-ci gün: Rusiyanın itkiləri açıqlandı

redaktor

Putin Qerasimovu vəzifəsindən azad edib – İDDİA

admin

Rusların bu istiqamətdə 30 hərbçisi əsir götürüldü

redaktor