22 C
Bakı
02 Sentyabr 2026 02:11
Dünya

Avropa qorxu içində – Rusiya Norveçi “vura” bilər

 

Yeddi Avropa ölkəsinin təhlükəsizlik xidmətləri hazırda Avropanın ən böyük qaz tədarükçüsü olan Norveçin enerji obyektlərində Rusiya Federasiyası tərəfindən mümkün təxribat törədilməsi barədə məlumat verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 

Məlumata görə, Norveç, Almaniya, Belçika, Niderland, Finlandiya, İsveç və İslandiyanın milli təhlükəsizlik xidmətinin nümayəndələrinin iştirak etdiyi qapalı iclasda Norveçin Avropaya enerji resurslarının əsas təchizatçısı kimi rolu müzakirə edilib:

 

“Biz təkcə Almaniyanı və ya norveçli həmkarlarımızı deyil, hamımızı maraqlandıran bir hadisə görürük. Bu, Rusiya kimi bəzi tərəfdaşlardan gələn təhlükədir, o cümlədən təkcə casusluq əməliyyatları deyil, həm də bəzi bölgələrdə təxribat riski var”.

 

Nəşr xatırladıb ki, aprel ayında Almaniyada iki alman-rus vətəndaşı Amerikanın hərbi hədəfləri də daxil olmaqla, təxribat hücumları hazırladıqlarına görə həbs edilib. O zaman rəsmilər bunu Ukraynaya hərbi dəstəyə ciddi zərbə vurmaq cəhdi adlandırmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski aviaşirkətlərə xəbərdarlıq etdi: Rusiya səmasında təhlükəsiz zonalar yoxdur

redaktor

Putin: “Ukrayna danışıqları dondurulub, amma ABŞ ilə əlaqələr davam edir”

redaktor

Bişkek görüşü və İran mediasında iki fərqli Azərbaycan xətti

redaktor