DünyaGündəmHadisəKriminal

Bakıdan Fransaya gedən “Teleqram”ın yatadıcısı Pavel Durov Parisdə həbs edildi

Dünən axşam saatlarında Teleqramın təsisçisi və baş direktoru Pavel Durov Fransanın paytaxtı Parisin “Le Burje” hava limanında saxlanılıb.

 

Bu haqda TF1 telekanalının məlumatında bildirilib.

 

Nəşr Durovun Azərbaycandan gəldiyini və federal axtarışa verildiyini iddia edir. Onun barəsində Fransada axtarış qərarı çıxarıldığı iddia edilir.

Fransız müstəntiqlər Durovu həbs ediblər.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün öncə baş tutan Bakı səfəri zamanı Pavel Durovun onun görüşmək istəməsi haqda mətbuatda xəbərlər dolaşırdı. Pavel məhz bu görüş üçün Bakıya gəlməsi bildirilirdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Prezident diplomatik müstəvidə böyük strateq olduğunu ortaya qoydu”

redaktor

Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək

admin

Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi

redaktor