26 C
Bakı
21 İyun 2025 17:51
Təhsil

Test imtahanları LƏĞV OLUNUR? – Məleykə Abbaszadə iddialara cavab verdi

 

“Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur”.

 

Tacxeber.comSfera.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.

 

Test üsulu ilə imtahanların ləğv ediləcəyi ilə bağlı iddialara münasibət bildirən DİM rəhbəri qeyd edib ki, bundan söhbət belə gedə bilməz:

 

“Bu üsulda biliyin qiymətləndirilməsi şəffaf aparılır. Bu sistemdə kiməsə çətin, kiməsə asan suallar vermək yoxdur”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə test üsulu ilə bağlı imtahanların ləğv ediləcəyinə dair xəbərlər yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan təhsilində olimpiada biabırçılığı: 88 ölkə arasında 69-cu yer…

admin

Dünyanı dəyişən 12 nəfər – Tarixin kölgəsində qalan dahilər

admin

OXUYAN QIZLA SEVGİLİ OL!

admin