11 C
Bakı
30 Mart 2026 00:49
Dünya

Gəmi meymunçiçəyinə görə karantinə götürüldü

 

Argentina Parana çayındakı yük gəmisini meymunçiçəyi (Mpox) virusu şübhəsi ilə karantinə götürüb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat verib.

 

Açıqlamada Liberiya bayraqlı gəminin Braziliyanın Santos şəhərindən Argentinanın San Lorenzo limanına getmək üzrə olduğu bildirilib.

 

Qeyd edilib ki, səfər zamanı ekipaj gəmidə olan Hindistan vətəndaşının bədənində çox sayda kistaya bənzər yaraların olması barədə onlara xəbərdarlıq edib.

 

Meymunçiçəyi simptomları göstərən şəxsin təcrid edildiyi, yük gəmisinin Parana çayında lövbər salaraq karantinə alındığı bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya ordusu 6 istiqamətdə hücuma keçdi.

admin

Keçmiş prezidentə beş gün vaxt verildi

redaktor

İran Naxçivan hava limanına dronla zərbə endirib, 2 məqam var

redaktor